Dekabrda 123 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib

123 nəfər dekabr ayında zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib

Dekabr ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

Onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.

2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.

Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.

Share: