Bakıda avtomobil yol nişanının olmadığı quyuya düşüb – FOTO – VİDEO

   

Bakıda avtomobil yol nişanı olmayan quyuya düşüb.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, “Azsamand” markalı, “90-PE-640” qeydiyyat nişanlı avtomobil sağa dönmə əməliyyatı edərkən heç bir yol nişanının olmadığı, boru çəkilməsi üçün nəzərdə tutulan, yeni qazılmış quyuya düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidləri “Report”a bildiriblər ki, ərazidə quyunun olması barədə heç bir yol nişanı qoyulmayıb.

Share: