Mourinyodan “Çelsi”yə cavab

“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyoya “Çelsi”dən təklif gəlib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə təmsilçisini çalışdırmaqdan imtina edib. 

Mourinyo təklifə cavab olaraq İtaliyada qalmaq istədiyini bildirib

Qeyd edək ki, məşqçi 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”ni çalışdırarkən 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.


Share: