Sabunçu Gənclər evində şəhid Mais Yaqubovun anım mərasimi keçirildi

Aprelin 29-u Sabunçu Gənclər evində Qazax rayonu,Daşsalahlı kəndinin şəhidi XTQ-nin əks kəşfiyyatçı leytenantı Mais Rəhim oğlu Yaqubovun anım mərasimi keçirildi.
Tədbirdə şəhidimizin atası hörmətli Rəhim Yaqubov, Sumqayıt şəhidlərindən şəhid Elmar Nəsibovun anası Sürəyya xanım, şəhidlər haqqında bir çox kitabların müəllifi şairə Esmira Günəş, şairə Əsli İsmayılqızı, “Telli Senem Borçalı” jurnalının təsisçisi və redaktoru şairə Telli Borçalı, xeyriyyəçi Şükufə xanım Qarabağlı, şairə Qumru xanım, şairə Ramilə Haqqı, şair Firudin Behzad, şair Saday Qazaxlı,şair Ruslan Bəhmənoğlu,TelliSenem Borçalı jurnalının baş redaktoru,şair Müşviq Rafailoğlu,şairə Fatimə xanım şəhidin döyüş yoldaşları, qazilər, qohumları və yaxınları iştirak edirdi.Tədbiri gənc şair Elmar Sahib açıq elan etdikdən sonra söz hörmətli şair dostlara və tədbir iştirakçılarına verildi. Tədbir şeirlərin ahəngi və şəhidin videoçarxları ilə maraqlı keçdi. Sonda qonaqlar xatirə şəkilləri çəkdirərək məkandan uzaqlaşdılar.

Esmira Günəş

Share: