Maksim Qorkinin evi bu qiymətə hərraca çıxarılır

Maksim Qorkinin evi bu qiymətə hərraca çıxarılır

Rusiyalı yazıçı Maksim Qorkinin evi 75 milyon rubla hərraca çıxarılacaq.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hərrac aprelin 15-də keçiriləcək.

Rusiya Ədəbiyyat Fondunun məlumatına görə, şimal moderni üslubunda tikilmiş ev 6 otaqdan ibarətdir. Evin ümumi yaşayış sahəsi 211.9 kv. metrdir.

Qeyd edək ki, Qorki bu evdə 1914-1917-ci illərdə yaşayıb. Yazıçının bu evində bir çox məşhur adamlar – Vladimir Lenin, Anatoli Lunaçarski, Feliks Dzerjinski, Fedor Şaliapin və başqaları olub. 


Share: