Dua Lipa “Barbi” filmində görünəcək

Dua Lipa “Barbi” filmində görünəcək

Qreta Qerviqin rejissoru olduğu “Barbi” romantik komediyasında müğənni Dua Lipa da rol alacaq.

Artıq filmin yeni afişaları buraxılıb. Onun premyerası iyul 21-də baş tutacaq.

Qeyd edək ki, filmdə baş rolları Marqo Robbi və Rayan Qoslinq ifa edəcəklər.

Filmdə həmçinin 77 yaşlı aktrisa Helen Mirren, eləcə də Emma Makkey çəkiliblər.

Mənbə: gazeta.ru

Share: