Kriminal filmlərin məşhur aktyoru vəfat etdi

Alman aktyor Robert Qalinovski 53 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Yaradıcılıq karyerası ərzində Qalinovski , əsasən “Qurd Qanunu”, “Qanun adına”, “ Xüsusi kobra dəstəsi”, “Şimanski”, “Berlin polisləri”, “Qətl etirafı” kimi kriminal filmlərdə oynayıb. O, həm də radio tamaşalarının diktoru və şair olub.

Qalinovski televiziya karyerası ilə yanaşı rəssamlıqla da məşğul olub. Onun rəsmləri ilk dəfə 1988-ci ildə aktyorun doğulduğu Axendə təqdim olunub. Qalinovskinin rəsmləri daha sonra Berlin, Volfsburq və Veymardakı sərgilərdə nümayiş etdirilib.

Share: