“Barselona” çətin səfərdə büdrəmədi

İspaniya La Liqasında XXV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Barselona” Bilbaoya yollanıb. Kataloniyalılar çətin “Atletik” sınağından uğurla qayıtmağı bacarıblar. 45+1-ci dəqiqədə Rafinyanın qolu matçda yeganə olub.

Qələbə sayəsində xalını 65-ə yüksəldən “Barsa” ən yaxın izləyicisi Madrid “Real”ı ilə fərqi yenidən 9-a yüksəldib. “Atletik” isə 33 xalla 9-cudur.

 

Share: