Ukraynanın bir sıra vilayətlərində hava həyəcanı elan edildi

Ukraynanın bir sıra vilayətlərində hava həyəcanı elan edildi

Ukraynanın Çerniqov, Çerkassı, Kropivnitski, Poltava, Dnepr, Xerson və Zaporojye vilayətlərində hava həyəcanı elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, siqnallar Bakı vaxtı ilə 23:39 radələrində işə düşüb.

Daha sonra Sumı vilayətində hava xəbərdarlığı elan edilib.

Qeyd edək ki, dünən, günün ikinci yarısında Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Bu zaman ABŞ Prezidenti Co Bayden Ukraynada səfərdə idi.


Share: