“Çiçək” azərbaycanlı müğənninin evini təmir etdirdi

“Lalə” qızlar ansamblının solisti Elmira Əliyevanın vəziyyəti haqda xəbər vermişdik. Müğənni ağır xəstəlikdən əziyyət çəkməklə yanaşı həm də acınacaqlı şəraitdə yaşayırdı. Belə ki, “Çiçək” təxəllüsü ilə məşhurlaşan teleaparıcı Şəhla Vakkas müğənninin evini təmir etdirib.

Elmira Əliyeva bu haqda  danışıb:

“”Çiçək” sağ olsun rəhbərlik etdiyi komanda ilə birlikdə mənim evimi təmir etdirdi. Çox mərd qızdır, Allah onun canını sağ, ömrünü uzun etsin. Evimi təmir etdirməklə yanaşı, mənə bir neçə məişət avadanlığı da hədiyyə etdi. Sağ olsun ki, mənə hörmət edib, bu təşəbbüsü irəli sürdü. Çox insanların mənə söz verib, etmədiyi yaxşılığı o etdi. Hal-hazırda xəstəxanada müalicə alıram, bir neçə günə ev şəraitində müalicəmi davam etdirəcəyəm”.

Share: