Qaraciyər sirrozundan əziyyət çəkən 14 yaşlı qızın anası: Evimizi banka girov qoysaq da pulumuz çatmır

Qaraciyər sirrozundan əziyyət çəkən 14 yaşlı Fatimənin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Mahirə Qazıyeva məlumat verib.

O bildirib ki, övladının bu xəstəlikdən əziyyət çəkdiyini yeni öyrəniblər.

“Fatimə hər zaman sağlam uşaq olub. Bir neçə həftə əvvəl məktəbdə 2 dəfə halı pisləşib. Bunu bilən kimi dərhal həkimə getdik, Fatiməyə qaraciyər sirrozu diaqnozu qoyuldu. Sonra isə Türkiyəyə getdik. Burada həkimlər övladımda bu xəstəliyin nə səbəbdən yarandığını hələ aşkarlaya bilməyiblər. Övladımın sağlamlığı üçün qaraciyər nəqli əməliyyatı olmalıdır”.

Mahirə Qazıyeva bildirib ki, Fatimənin donoru öz əmisidir. 

“Biz hamımız donorluq üçün analiz versək də, ən uyğun Fatimənin əmisi oldu. Əməliyyat üçün 45 min dollara ehtiyac var idi. Biz evimizi banka girov qoyub 60 000 manat götürə bildik, qalan 5 000 dolları isə yoldaşımın dostları, iş yoldaşları düzəldib bizə göndəriblər. Hazırda cəmi 10 000 manat əskiyimiz qalıb. Mənim qızım çox balacadır, onu itirməkdən çox qorxuram. Balamı həyata qaytarmaq üçün bizə yardım etməyinizi xahiş edirəm”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Qazıyeva Fatimə ilə bağlı müraciət araşdırılıb. Vətəndaşın qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib və onun Türkiyə Respublikasında qaraciyər köçürülməsi əməliyyatı ilə bağlı köməklik göstərilməsi xahiş edilib. Vətəndaşın ailəsinə tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: 050 491 55 59

Share: