Arslan Növrəsli: “Uşaqlığım dörd divar arasında keçib”

Ötən gün Mədəniyyət TV-nin efirində aparıcı Bəhruz Niftəliyevin təqdimatında “O” verilişi təqdim olunub.

Kulis.az xəbər verir ki, verilişin qonağı tarzən Arslan Növrəsli olub.

O, uşaqlığını daha çox dörd divar arasında keçirib. Yaşıdları futbol oynayanda, qaçıb-yüyürəndə Arslan və qardaşları saatlarla məşqlər edir, notların, nəğmələrin, muğamların sirlərini daha dərindən öyrənməyə çalışırdılar. Növrəslilərin qazandığı uğurların səbəbi tək bu deyil

Yaradıcı insan biraz da eqoist olmalıdır deyəsən… O, musiqini sevdiyi üçün tarı seçdi. Fərqlənmək və yadda qalmaq üçün isə milli musiqi alətimizə tamam yad olan cazı gətirdi. Bu isə birməanlı qarşılanmadı… Tənələrə, tənqidlərə məruz qaldı…

Qeyd edək ki, “O” verilişi Bəhruz Niftəliyevin təqdimatında hər həftənin çərşənbə axşamı saat 22:00-da Mədəniyyət TV-də yayımlanır.

Verilişin informasiya dəstəkçisi Kulis.az saytıdır.

Share: