Soljenitsının məşhur romanı dərsliklərdən çıxarılır

Deputat “Qulaq arxipelaqı”nın məktəb proqramından çıxarılmasını tələb edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbərinin birinci müavini, deputat Dmitri Vyatkin hesab edir ki, Aleksandr Soljenitsının “Qulaq arxipelaqı” kitabı dərsliklərdən çıxarılmalıdır.

O, bildirib ki, məktəblilər bu romanı oxmamalıdırlar. Çünki əsər zamanın sınağından çıxmayıb.

Vyatkin həmçinin qeyd edib ki, tarixçilər Soljenitsının romanda irəli sürdüyü faktları yoxlayıblar. Bu faktların həqiqiliyi isə öz təsdiqini tapmayıb.

Share: