Tərəfləri barışdırmaq əsl ağsaqqal mövqeyidir

 

Ötən həftə Mətbat Şurasının sədri, çox hörmətli Rəşad Məcidin vəkil Aslan İsmayılova ünvanlanan məktubunu oxudum. Aslan İsmayılovun bir mətbu orqanının baş redaktorunun məhkəmə çəkişməsinə son qoymaları üçün müraciət etmişdi. Düzü, Mətbuat Şurasının sədrinin bu humanist addımı məni kövrəltdi. Vəzifəsindən istifadə edib “asıb-kəsmək” lə yox, məsələyə barışdırıcı mövqe sərgiləməyi üstun tutmaq əsl ağsaqqal, müdrik rəhbərə xas olan addımdır. Məlum oldu ki, bu çəkişmə üç ildir ki, davam edir. Aslan İsmayılovun haqlı tərəf olduğu da məlum idi. Mən ümumiyyətlə məsələnin nə yerdə olduğu, kimin haqlı, kimin haqsız olduğunun fərqin də deyiləm. Məni duyğulandıran Rəşad Məcidin bu humanist addımı, Aslan İsmayılovun müsbət reaksiyasıdır. Deməli, yerində olan məmur istəsə bütün konfliktləri sülh yolu ilə həll edə bilər.
Düzü, Rəşad Məcidin Aslan müəllimə ünvanladığı məlum müraciəti oxuyanda narahatlıq keçirdim. Fikirləşdim ki, həmişə haqqın tərəfində olan prinsibal vəkil dostumuz günahkarı bağışlamayacaq. Belə olan təqdirdə Rəşad müəllimdə ruh düşgünlüyü yaranacaq, yeni icrasına başladığı vəzifəsində köhnə prinsiblərlə işləmək məcburiyyətində qalacaq. Buna görə də səbirsizliklə onun məsələyə necə münasibət bəsləyəcəyini gözlədim. Şükürlər olsun ki, cavabı da özünü çox gözlətmədi. Onun humanist davranışı, hər şey son qoyacağını eşidəndə hər iki dəyərliyə – Rəşad Məcidə və Aslan İsmayılova hörmətim birə min artdı. Xalqın arasında sülh yaratmaq, düşməni kənardan axtarmaq əsl ağsaqqal mövqeyidir. Məhz bu addımı Rəşad müəllimin şura sədri kimi ilk uğuru saymaq olar.
Gəlin bir-birimizdən eyib axtarmayaq, bir-birimizi bağışlamağı bacaraq. Onsuz da kənarda düşmənlərimiz kifayət qədərdi. Güçümüzü, bacarığımızı onlarla mübarizəyə sərf edək. Belə olan sürətdə inanıram ki, Azərbaycanın xoşbəxt gələcəyinə daha tez nail olacağıq.

Şərafəddin İlkin,
Şair. AYB və AJB-nin üzvü. Prezident təqaüdçüsü.

Share: