Ömür- söylənilən qismətdi, baxtdı, Yazıdı-pozudu, o baxta-baxtdı

Mahirə NAĞIQIZI

Qəlbimdəki məzarlıq

Ürək, sən nəsənmiş, gücün hayandan,
Dözürsən, baxmazsan sevinc, kədərdi.
Sinəmin altında səni duyandan,
Dedim bu nə tale, yazı-qədərdi.
*
Sirdaşın olmuşam gör neçə ildir,
Yükü toxuyan mən, sökən sən oldun.
Demirəm qəbahət mənlik deyildir,
Qəlblərə yolları çəkən sən oldun.
Kainat niyə genişlənir – ELMİ
*
Kimin nə suçu var, günahkar özüm,
Bilirəm, amma ki sən də bil, tanı.
İndi gəl birlikdə gəzinək, quzum,
Sinəmdə saldığın məzarıstanı.
*
Sinif yoldaşımdı, can-ciyərimdi,
Sanırdım yaranıb məndən ötəri.
Onda nə biləydim kimdi, nəyimdi,
İndiki vaxt kimi baxıb ötəri.
*
İlk məzar onunku, həmin o adam,
Yadıma salmağı istəməm bir də.
Sanki tanımıram, min belə yadam,
Görəndə durmuşdu həmən o yerdə.
*
Beləcə qəlbimdə, nədən danışım,
Artdı məzarların sayı ilbəil.
Bu, tələbəlik dostum, bu iş yoldaşım,
Bu filan qohum da mənimki deyil…
*
Mənim olmayanı veribsən mənə,
Beləcə, ay ürək, başa çıxmışıq.
Zaman heyrətlənib gördüklərinə,
Gəlib də indiki yaşa çıxmışıq.
*
Ziyannan yarıdan qayıdaq, dönək,
Hələ ki, ömür də, yollar da yarı.
Yaxşı ki, mən sənə dedim, ay ürək,
Qayıdaq görək bir məzarlıqları…

Yarıyar

Sevib gözün üstə qoyan,
İnan, yarıyar, yarıyar.
Qulağını səsdə qoyan,
Pünhan yarıyar, yarıyar.
*
Xəbər alsan el-obadan,
Danışar başdan-binadan.
Sevdiyinə könül, candan,
Yanan yarıyar, yarıyar.
Azərbaycanın musiqi mədəniyyəti » Azerbaycan dilinde tarix dersleri ve  testler
Kənar olan nəfsə quldan,
Baxəbərdir əhli-haldan.
Ziyanlıqda yarı yoldan,
Dönən yarıyar, yarıyar.
*
Söz dəyərdir çəkisində,
Dayanar öz səkisində.
Beş sualın ikisində,
Dinən yarıyar, yarıyar.
*
Eşqsiz dünya həyan olmaz,
Olsa, sənə bəyan olmaz.
Günahını yuyan olmaz,
Duyan yarıyar, yarıyar.
*
Mahirə nə vaxtdan bəri,
Bilir nədi söz gövhəri.
Düzlüyünü can cövhəri.
Sayan yarıyar, yarıyar.
*

Payızın yağışı

Dindin, həsrətdimi, xoş vüsaldımı,
Ömrün ismarışı- payız yağışı.
Ömür deyilənnən əsbü- haldımı,
Yağdın, nə yaxşı ki, payız yağışı.
*
Göylərdən əlini üzdüyün nədi,
Qara buludlardan bezdiyin nədi?
Bu quru yerlərdə gəzdiyin nədi,
Nakamın göz yaşı- payız yağışı.
Yenə şimşək çaxar, ildırım oynar,
Səfər ovqatına köklənib nə var.
Uçacaq, içində köçəri quşlar
Yaşamaq savaşı, payız yağışı.
*
Ömür- söylənilən qismətdi, baxtdı,
Yazıdı-pozudu, o baxta-baxtdı.
Mahirə yolunu gözlər nə vaxtdı,
Arayar sirdaşı, payız yağışı.

Share: