“Sabah”ın cəriməsi ləğv edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun şikayətini təmin edib.

“Qafqazinfo” xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4 000 manatlıq cərimə ləğv olunub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turunda keçirilmiş “Sabah” – “Qəbələ” (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə edilmişdi.


Share: