Alik Kərimovun şirkəti yenə məhkəməlik oldu

Polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan “MET-AK” şirkəti məhkəməlik olub.

“Qafqazinfo”nun məlumatına görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq. 

Xatırladaq ki, sözügedən şirkət barəsində bu ilin iyununda da eyni maddə üzrə protokol tərtib edilmişdi.

Qeyd edək ki, “MET-AK”ın təsisçisi Alik Kərimov və icraçı direktoru Aydın Kərimovdur. 


Share: