“Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirildi

Zəfər bayramı ilə əlaqədar “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki,, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə Zəfər bayramına həsr olunmuş “Sən qalibsən, Azərbaycan!” adlı musiqili tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Vətən uğrunda həlak olan şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, qazilər, şəhid anaları, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, Xəzər rayon idarə və müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.

Aparıcılar Səmray Əliyeva və Elgün Əliyev tədbiri açıq elan edərək, qonaqları salamlayıb , Zəfər bayramı münasibətilə hər kəsi təbrik ediblər. Sonra çıxış edən Baş İdarənin rəisi İbrahim Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi qeyd edildiyini vurğulayıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsert zamanı Mədəniyyət evinin “Lalələr”, “Mələklər”, “Azad” rəqs qruplarının çıxışları maraqla qarşılanıb. Vətən müharibəsinin qazisi Məbud Əhmədovun, “Zəfər” qrupunun, gənc müğənnilər Vüsal Hacıyev, Rilayə Hüseyinzadənin ifaları konsertə xüsusi rəng qatıb.

Share: