Avropa liqasında fanatlar arasında insident yaşandı…

Avropa Liqasının 1/16 final mərhələsində “Atletik” (İspaniya) – “Spartak” (Rusiya) oyunu ərəfəsində fanatlar arasında insident yaşanıb.

Müstəqil.az xəbər verir ki, qonaq komandanın azarkeşləri asayişi pozaraq polislərə müqavimət göstərib.

Qarşıdurma zamanı yerli polis əməkdaşı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə əlaqədar 5 rusiyalı azarkeş saxlanılıb.

Müstəqil.Az

Share: