“İlham Əliyev məndən iki “TOGG” istədi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, bunu Ərdoğan jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən deyib. 

Türkiyə prezidenti vətəndaşların yeni istehsal olunan avtomobildən razı qalacaqlarını deyib:

“TOGG-un fabrikində hər şey robotlaşdırılmışdır. TOGG-ni xalqımıza sevdirmək bizim üçün vacibdir. Biz vətəndaşlarımızın qarşısında variantlar təqdim edəcəyik, hansını bəyənirlərsə, götürəcəklər. Həyat yoldaşım qırmızı rəngi bəyəndi, qırmızı rəngi götürəcəyik. İlham Əliyev “2 TOGG istəyirəm” dedi. TOGG satışa çıxanda rəqabətədavamlı olacaq. O, 0-dan 100 kilometrə 4,8 saniyəyə çata bilir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə “Togg” elektromobilini sınaqdan keçirib. Dövlət başçısı Gemlik zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.


Share: