“Ukraynanın mülki infrastrukturuna edilən dəhşətli hücumları pisləyirik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı deyib.
Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını qınayan Stoltenberq, Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib.















