Bakı-Quba yolunda avtomobillər toqquşdu — Ölən və xəsarət alan var

Bakı-Quba yolunda qəza olub, ölən və xəsarət alan var.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza magistralın “Yeni Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

“Lada Kalina” markalı avtomobil “Range Rover” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Share: