İranda mülki geyimli polis qadını təpikləyib

İranda mülki geyimdə gəzən polis küçədə etiraza çıxan qadını təpkləyib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

“İddia edirdilər ki, İran Suriyaya İŞİD-lə döyüşmək üçün getməsəydi, terror qruplaşması İran şəhərlərinə girəcək və namusunuz da İŞİD-in əlinə keçəcək.

İndi hamı görür ki, İŞİD-lə heç bir fərqiniz yoxdur”, – deyə etirazçılardan biri deyib.

Qeyd edək ki, hazırda İranın bir çox şəhərlərində , o cümlədən də İsfahanda etiraz aksiyaları davam edir.

 

Mənbə: Azad İran

Share: