Veto hüququ olmayan Hindistan BMT-yə səsləndi

Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sırasına daxil edilmək istəyir.

Ölkə bu qurumda islahat keçirilməsi məsələsini gündəmə gətirmək niyyətindədir.

Bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar bildirib.

“Bəli, əlbəttə ki, biz bu məsələni qaldıracağıq, islahatların aparılmasını və Hindistanın Təhlükəsizlik Şurasına daxil olmasını istəyirik”, – deyə nazir bildirib.

Dehli bu ilin sonuna qədər Baş Assambleyanın səsvermə nəticələrinə görə BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü arasındadır. Onların veto hüququ yoxdur.

Mənbə: İzvestiya

Share: