Ağ Ev amerikalıları hərbi əməliyyatlara görə Ukraynaya getməməyə çağırdı

ABŞ amerikalıları hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya getməməyə çağırıb.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“ABŞ Rusiya ilə Ukrayna arasında iki ABŞ vətəndaşı daxil olmaqla, əsirlərin mübadiləsinə dair əldə edilmiş razılaşmanı alqışlayır”, – deyə vurğulayıb.

O, əlavə edib ki, ABŞ vətəndaşlığından asılı olmayaraq bütün hərbi əsirləri danışıqlara daxil etdiyinə görə rəsmi Kiyevə minnətdardır: “Biz həmçinin bir daha bildiririk ki, ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edir”.


Share: