Ukrayna limanlarından indiyədək 192 gəmi çıxıb

Ukraynanın İnfrastruktur Nazirliyinin məlumatına görə, bu gəmilərin anbarlarında  Asiya və Avropa ölkələri üçün nəzərdə tutulan 107,5 min ton taxıl və taxıl  məhsulları var.

“Taxıl təşəbbüsü” çərçivəsində avqustun 1-dən indiyədək Ukrayna limanlarından 192 gəmi yola salınıb,  Asiya, Afrika və Avropa ölkələrinə dəniz yolu ilə ümumilikdə 4,38 milyon kənd təsərrüfatı məhsulu ixrac edilib

mənbə:“Seanews.az”

Share: