Ərdoğan istehsal ediləcək ilk yerli avtomobili özü alacaq…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə istehsal ediləcək ilk yerli avtomobili alacağını bildirib.

Müstəqil.Az xəbər verir ki, Ərdoğan ölkə iqtisadiyyatının inkişafı istiqamətində daha bir önəmli addımı dəstəkləyib.

“Ölkədə hər il milyonlarla avtomobil alqı-satqısının gerçəkləşdirilməsinə baxmayaraq, yerli avtomobil istehsalına yer verilmir. Türkiyənin yerli avtomobil istehsalçısı olan şirkətlər kimi gözləyir? Yeni layihələr hazırlanmalıdır. Bu proses 2019-cu ilin sonlarına qədər tamamlanmalıdır. Bu, tarixi an hesab olunmalıdır. Türkiyədə istehsal ediləcək ilk yerli avtomobili mən özüm alacam.”

 

Prezident onu da qeyd edib ki, 2021-cü ildən etibarən Türkiyə öz istehsalı olan avtomobilləri dünya bazarına çıxarmağa qadir gücdədir.

 

Yerli avtomobil istehsalında 5 şirkət – “Anadolu Grubu”, “BMC”, “Kıraça Holding”, “Türkcell” və “Zorlu Holding” iştirak edəcək.

 

Müstəqil.Az

Share: