Fuad Biləsuvarlı – Azər Turana…

Bu gün Ədəbiyyat Qəzetinin Baş redaktoru, tənqidçi-araşdırmaçı, Hüseyn Cavid yaradıcılığının ən ünlü tədqiqatçılarından çox hörmətli AZƏR TURANIN doğum günüdür, təbrik edir, can sağlığı arzulayıram… Dəyərli ziyalımız 100 yaşa!!!

Neftçalalı Azər Turan!

İmamverdi yadigarı,
Elin, fəxri  iftixarı.
Sevindirir insanları,
Elm uğrunda beyin yoran,
Neftçalalı Azər Turan!

Kimsəsizə çörək verir,
Ürək verir, dirək verir.
Hər vaxt mənə kömək edir,
Neftçalalı Azər Turan!

Ərtoğrul, Cavid, Turan,
Damarında çağlayan qan.
Onları xatırlayan an,
Gözlərini gördüm dolan,
Neftçalalı Azər Turan!

Onda gördüm mən din- iman,
Hər bir gəncə verir imkan.
Vətəndaşa yandırır can,
Neftçalalı Azər Turan!

And-amanın Vətən, torpaq,
Fərəhindi uca bayraq.
Baş tacındı can, Qarabağ!
Neftçalalı Azər Turan!

Müəllif: Fuad Biləsuvarlı

Share: