Strateji valyuta ehtiyatlarımızın həcmi açıqlandı

Bu ilin 8 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 55,9 milyard ABŞ dollarına yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayıb.

“Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 milyard ABŞ dollarına yüksəlib.

Proqnozlara görə cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaqdır. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaqdır”, – deyə məlumatda bildirilir. 


Share: