Mariya Zaxarova erməni jurnalisti belə susdurdu — Video

Rusiya xarici işlər nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bu gün Ermənistanın İctimai televiziyasından olan jurnalistə irad bildirib.

“Qafqazinfo” xəbər verir ki, erməni jurnalist Rusiya XİN təmsilçisinə ünvanlandığı suala guya Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə hücum etməsi və infrastruktura zərbələr endirməsi ilə başlayıb.

Sualı səbrlə sona qədər dinləyən Zaxarova erməni jurnalistə sərt şəkildə reaksiya verib: “Birincisi bunu diqqətinizə çatdırmaq istəyirəm ki, bu Rusiya XİN-nin rəsmi nümayəndəsinin brifinqidir, jurnalistlərin deyil. Ona görə də xahiş edirik, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın”.

Erməni jurnalist, həmçinin Azərbaycan tərəfinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan sərhədində yerləşən postunu və xidməti avtomobilini atəşə tutmasını iddia edərək sual verməyə cəhd edərkən Zaxarova jurnalistin sözünü kəsib: “Baxın, bilirsiniz deyəsən nəyisə aydın demədim. Mən sizdən hər hansı mövqeli bəyanatları səsləndirməməyi, sual verməyi xahiş etdim. Mən hər şeyi gözəl anlayıram. Mən sizə hörmətlə yanaşıram. Lakin mən ümid edirəm ki, siz mənim xahişimi eşidəcəksiniz və bundan sonra mən sizi korrektə etməyəcəyəm. Mən doğurdan da bunu etmək istəmirəm. Sual verin. Əgər sualınız varsa. Sualınız yoxdursa gəlin gözləyək mən digər suala keçim. Sizsə sualı formalaşdırın”.

Share: