“NYK Group” 700 gəmidən ibarət donanmanı idarə edir

Müstəqil.Az bildirir ki, “Seanews.az”-ın məlumatına görə, uzunluğu  293 metr, eni  24 metr olan  LNG gəmisi “Samsung Heavy Industries Co. Ltd.” -nin tərsanəsində tikilir və 2024-cü ildə sifarişçiyə təhvil veriləcək.

“NYK” şirkəti “Kyuden Group” ilə təkcə LNG daşımalarında deyil, həm də LNG təchizatında və dünyada ilk böyük tutumlu LNG  ilə işləyən kömür daşıyıcısının tikintisində tərəfdaşlıq etmək niyyətindədir.

Baş ofisi Tokioda yerləşən “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”) beynəlxalq logistika, gəmiçilik, kruiz, terminal əməliyyatları, daşınmaz əmlakın idarə edilməsi və digər əməliyyatlar üzrə ixtisaslaşmışdır. “NYK Group” 700 müxtəlif gəmidən ibarət və ümumi dedveyti 60 milyon tondan çox olan donanmanı idarə edir.

Müstəqil.Az

Share: