Goranboyda maşın 23 yaşlı piyadanı vurub öldürdü

Goranboyda piyadanı avtomobil vurub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy şəhərində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 23 yaşlı Ələddin Hadıyevi vurub. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: