Mehmet Ali Ərbil qadınları aldatmasının səbəbini — Belə açıqladı

Türkiyənin məşhur şoumeni Mehmet Ali Ərbil uşaqlıqda keçirdiyi travmaların həyatına təsir etdiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda şoumen “Sabah” qəzetinə danışıb.

O, həyatı boyu, xüsusən də anasının laqeydliyi üzündən sevgisini başqalarında axtardığını, daha çox arvadlarını aldatdığını deyib.

“Hər zaman sevgi əskikliyim olub, ona görə də sevgini saxlamaq istəmişəm, sevgi ehtiyatı toplamaq istəyi ilə hərəkət etmişəm. Bu, məni aldatmağa sövq edib”,- deyə Ərbil bildirib.


Share: