“Ağ dəvə düzdə qaldı” deyərək AMEA-nın əsas binasına dəvət var…

Tanınmış qələm adamı Həcərin (Həcər Paşayeva) “Ağ dəvə düzdə qaldı” kitabının təqdimatı olacaq.
Müstəqil.Az xəbər verir ki, bu haqda müəllif özü sosial şəbəkədə məlumat verib.

Martın 11-də, saat 11- də AMEA-nın əsas binasının  IV mərtəbəsindəki  Elektron akt zalında keçiriləcək  kitabın təqdimatına  dəvət  də deyilir:
“Feysbuk səhifəsində bəzi hissələrini paylaşdığım və oxumağı səbrsizliklə gözlədiyiniz əsərləri oxumaq imkanı yarandı artıq, əzizlərim. Bir neçə səhifəlik “Ağ dəvə düzdə qaldı” hekayəsi milli gələnəklərin, yaylaq həyatının rəngarəng səhnələrinin bol təsvir edildiyi iri həcmli povestə çevrildi. Həmçinin “Nokaut” və başqa povest və hekayələri oxuya bilərsiz.”
Müstəqil.Az
Share: