61 yaşlı kişi  bir gündə 3 saat fərqi ilə eyni yerdə qatar tərəfindən vurulub, amma sağ qalıb. 

61 yaşlı kişi  bir gündə 3 saat fərqi ilə eyni yerdə qatar tərəfindən vurulub, amma sağ qalıb.
Müstəqil.az Rusiya mediasına istinadla xəbər verir ki, təzadlı olayqonşu ökənin Ryazan bölgəsində baş verib.
Zanino-Poçinki kəndinin 61 yaşlı sakini İvan Vyaçeslavoviç qardaşını ziyarət etmək üçün qatarla Şilovo qəsəbəsinə  gəlib. Stansiyada vaqondan düşən təqaüdçü relslərin üstü ilə qardaşının evinə tərəf getməyə başlayıb. Gözlənilmədən elektrik qatarının fitini eşitdikdə özünü dərhal kənara atmağa çalışıb. Ancaq elektrovoz  kişinin bədəninə toxunub və  yaşlı kişi kiçik zədələrlə xəstəxanaya aparılıb.
3 saat sonra özünü yaxşı hiss edən İvan evinə dönmək üçün dəmiryol stansiyasına qayıdıb. Qatara minməkdən ötrü  təqaüdçü  başqa platformaya keçməli olub. Relslərin üzərinə çıxan kimi  yük qatarının sürətlə gələn lokomotivi onu bir neçə metr kənara tullayıb.
Maraqlıdır ki, yenə də  İvanın köməyinə bir neçə saat öncə onu xəstəxanaya gətirən eyni həkimlər gəlib. Ammabu dəfə zədələri çox ciddi olduğundan təqaüdçü uzun müddətə xəstəxanaya yerləşdirilib. Ancaq  həkimlər 61 yaşlı kişinin həyatı üçün təhlükə olmadığını bildiriblər.
Olayla bağlı araşdırma aparılır.

Share: