61 nəfər tısbağa ətindən zəhərləndi – 4 ölü

Madaqaskarın qərbində 61 nəfər tısbağa ətindən zəhərlənib, onlardan 4-ü dünyasını dəyişib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə yerli jandarmeriya məlumat yayıb.

Ölənlər arasında iki bir yaşına qədər uşaq və iki yaşlı insan var.

“Qida kimi istifadə olunan dəniz tısbağası nəsli tükənməkdə olan qorunan növdür”, – deyə məlumatda bildirilir.

Tısbağa ətini satan balıqçı saxlanılıb.

 

 

Share: