50 yaşında ana olan Naomi

50 yaşında ana olan supermodel Naomi Kempbell qızı ilə birlikdə obyektiv qarşısına keçib.

 

 

Müstəqil.Az  xəbər verir ki, model qızının üzünü ilk dəfə “Vogue” jurnalının üz qabığı vasitəsilə göstərib.

“Bu gözəl balaca məni özünə anası seçib. Ona sahib olmaqdan qürur duyuram. Səninlə bir ömür keçirəcəyim bağı izah edəcək söz, bundan güclü sevgi yoxdur. Həmişə bir gün ana olacağımı bilirdim. O, övladlıq deyil, mənim uşağımdır” deyə, Naomi müsahibəsində bildirib.

Qeyd edək ki, model övladının atasının kimliyini açıqlamasa da xarici medianın məlumatına görə, modelin qızının atası Nyu-Yorkda yaşayan iş adamı, milyarderdir.

 

Müstəqil.Az

Share: