45 gündür komada qalan Natiq şəhid oldu – Foto

Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş qazi Natiq Mahmudov şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, 45 gündür komada olan Natiq bu gün dünyasını dəyişib.

Əslən Zaqataladan olan Natiq Mahmudov oktyabrın 30-da könüllü olaraq Vətən müharibəsinə yollanıb. Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Natiq Şuşa uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. O, 3 dəfə əməliyyat edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Natiq Mahmudov Aprel döyüşlərində də sıravi əsgər kimi iştirak edib.

 

Share: