25 nəfərin yandığı dispanserin direktoru tutduğu vəzifəsindən azad edildi…

Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.

Onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

Share: