Əsəd Cahangir üçün… – Allahşükür Ağa yazır

Xarakterinə və yazılarına dəyər verdiyim Əsəd Cahangirin 55 illik yubileyinə…
***
Elm dəryası, el aşiqi,
Tanrı ərməğanı,Əsəd !
Silər könüllərdən yası,
Unudar pis anı,Əsəd !
Bütün zülmətləri nura boyayıb,
Vurğunu olmusan şeirin,qəzəlin.
Xatirələr baş qaldırıb soruşur:
-Vəsf etmisən,neçə-neçə gözəli?
Əsəd adı sənə,
necə gözəl yaraşır…
Qələbə soraqlı,
Şuşa sevincli
Bayraq gəzdirən
bir əl kimi yaraşır…
Sənəti yaşatdın, özün də yaşa,
Qırmızı almatək gülsün bu ömrün.
Xoş müşdənin sorağına sevinib,
Yaşayasan axıracan su ömrü.
21.07.2021
Allahşükür Ağa
Müstəqil.Az
Share: