Ərdoğandan BMT-yə SƏRT TƏNQİD: “ACİZDİRLƏR”

Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyası öncəsi Nyu-Yorkda etdiyi bir çıxışında BMT-ni sərt şəkildə tənqid edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan bu qurumların müəyyən qüvvələrin maraqlarını qorumaq üçün xidmət etdiyini bildirib.

“İsrail və ABŞ rəhbərliyinin Qüdsün şərəf və ləyaqətini ayaqlar altına qalan təcavüzünə qarşı mübarizəmizi diplomatiyada ən yüksək səviyyədə aparacağıq”, – o deyib.

Arakan, Suriya və Fələstində yaşananlara diqqət çəkən Türkiyə Prezidenti beynəlxalq sülh və təhlükəsizliyin qarantı olan BMT-nin Təhlikəsizlik Şurası kimi qurumların bun problemlərin həllində acizlik nümayiş etdirdiyini vuğulayıb.

“Bu təşkilatların öz missiyasına uyğun olaraq qlobal sülhdən daha çox, müəyyən qüvvələrin maraqlarını qorumağa xidmət etdiyini bilirik”, – Ərdoğan əlavə edib.

Share: