![](https://www.mustaqil.az/wp-content/uploads/https://kulis.az/storage/news/2023/september/07/big/64f97bb955c7964f97bb955c7a169407173764f97bb955c7764f97bb955c78.webp)
Sovet İnformasiya Bürosunun (“SovİnformBüro”) sabiq baş redaktoru Ənvər Məmmədov vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Ənvər Məmmədov 1923-cü ildə Bakıda anadan olub. Bu il 15 avqustda 100 yaşını qeyd edən Məmmədov SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləyib,
Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib.