Ən xoşbəxt anı kabusa çevrildi: Dünya çempionluğunu qazandıran qolu vurdu, atasının ölüm xəbərini aldı

Ən xoşbəxt anı kabusa çevrildi: Dünya çempionluğunu qazandıran qolu vurdu, atasının ölüm xəbərini aldı

Futbol üzrə qadınlar arasında dünya çempionatının finalında vurduğu yeganə qolla ölkəsinə çempionluq qazandıran ispaniyalı futbolçu Olqa Karmonanın sevinci qursağında qalıb.

Belə ki, Olqa Karmonanın vurduğu qol sayəsində İspaniya millisi İngiltərəni məğlub edərək tarixində ilk dəfə dünya çempionu adına sahib çıxıb.

23 yaşlı futbolçu Olqa Karmona kubokun təqdim edilməsi mərasimindən sonra atasının vəfat etdiyi xəbərini alıb.

İspaniya Futbol Federasiyası sözügedən xəbəri sosial şəbəkə hesabından paylaşdığı mesajla çatdırıb:

“İspaniya Futbol Federasiyası Olqa Karmonanın atasının vəfat etməsi xəbərini dərin kədərlə çatdırır. Karmona kədərli xəbəri dünya çempionatının final qarşılaşmasından sonra aldı. Olqa və ailəsinə dərin hüznlə başsağlığı veririk. Olqa səni sevirik, sən İspaniya futbolunun tarixisən!”

Həmçinin Olqa Karmonanın formasının geyindi “Real Madrid” klubu da futbolçunun atasının vəfatı ilə bağlı başsağlığı verib.

Mənbə: Haber Global

Share: