Ədəbiyyat üzrə Nobel təqdimatı ləğv edildi – Şok səbəb

Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı 2018-ci ildən 2019-cu ilə keçirilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə informasiyanı Nobel Fondu yayıb. Fond bu qərarın digər sahələrə aid olmadığını bildirib.

Qərarın qəbul olunmasına səbəb İsveç akademiyasına üzv olan şəxslərdən birinin həyat yoldaşı tərəfindən bu mükafatın laureatlarının adının açıqlanması olub. Sonradan bu şəxs 18 qadına qarşı zorakılıqda ittiham olunub. İsveç rəsmiləri onun adını açıqlamaqdan imtina ediblər.

Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı 1943-cü ildən bu yana ilk dəfə olaraq təqdim edilməyəcək.

İlkin H.

Share: