
Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığına baş çəkib.
-nın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısı Tvitter hesabında məlumat yayıb.
“Visbadendəki ABŞ Ordusunun Avropa Komandanlığını ziyarət etdim. Amerikanın Ukraynaya yüksək səviyyədə maddi-texniki yardım göstərdiyinə bir daha əmin oldum. Qələbə üçün bu bizə həqiqətən lazımdır”, – deyə prezident vurğulayıb.
Qeyd edək ki, Almaniya polisi bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya planlaşdırılmayan səfəri barədə məlumat yayıb.