Yeni Zelandiyada nəhəng ölü kalmar tapılıb

Yeni Zelandiyada uzunluğu dörd metrdən çox olan ölü kalmar tapılıb.

AZƏRTAC Daily Mail saytına istinadla xəbər verir ki, kalmarı Daniel, Cek və Metyu qardaşları sahildə velosiped sürərkən görüblər. Onlar bu barədə Su və Atmosfer Milli İnstitutuna məlumat veriblər. İnstitutun laboratoriyasında aparılan tədqiqatlar zamanı məlum olub ki, bu, dərin sularda üzən nəhəng kalmardır.

Velosipedçi qardaşlar kalmarın fotosunu “Facebook”da “OCEAN HUNTER Spearfishing & Freediving Specialists” səhifəsində paylaşdıqdan sonra insanlar rəy yazaraq Yeni Zelandiya sahillərində belə varlıqların tez-tez tapıldığını bildirib və bu sularda üzməyin təhlükəli olduğunu vurğulayıblar.

Share: