Yaşasaydı bu gün 2 yaşı olurdu Mələk Zəhranın… + FOTOLAR

Ötən il iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün 2 yaşı tamam olur.

Müstəqil.Az Enter.News-a istinadən  xəbər verir ki, Zəhra Quliyeva 2016-cı ilin bu günündə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.  2017-ci ilin iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 17 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş “I am Zahra” aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.



 

Share: