Xalidə Nuray “Xəyallarının göz yaşını” təqdim etdi…

Müstəqil.Az bildirir ki, 16 dekabr 2018-ci il tarixində “Azərkitab – Kitab Təbliğatı Mərkəzi”ndə, Xalidə Nurayın  “Xəyallarımın göz yaşı”adlı yeni kitabının təqdimat mərasimi baş tutub.

Olduqca maraqlı keçən tədbirdə tanınmış söz adamları: Nəcibə İlkin, İlqar Türkoğlu,Faiq Balabəyli,Oqtay Şəfioğlu,Rəfiqə Abbasova, Əfşan Yusifqızı,Qəmər Ana, Aləmzər Sadiqqızı, Mərziyə Sarvan, Aysel Xanlarqızı,Aysel Fikrət,Yaqub Kərimi,Elvin Firudinoğlu,Sehran Allahverdi, Gülnar Əhmədova və başqaları iştirak ediblər.

Şairənin yaxınları və sənət dostları maraqlı çıxışları ilə  onun yaradıcılığı,şəxsiyyəti haqqında fikirlərini və arzularını bildirməklə tədbiri daha da rəngarəng ediblər…

Tədbirdə Xalidə Nurayın  səsləndirilən şeirləri qonaqlar tərəfindən xoş qarşılanıb.

La imagen puede contener: 11 personas, incluidos Necibe Ilkin, Gülnar Əhmədova, Aysel Fikrət, Aysel Xanlarqizi Safarli y Aləmzər Sadıqqızı, personas sonriendo, personas de pie

Sonda müəllif öz hisslərini  ifadə edərək: “ 16 dekabr 2018-ci il tarixini, ürəkdən süzülüb gələn, yaralara məlhəm olan misralarına və payız ömrünə bahar ətri gətirən çiçəklərin ləçəklərinə yaddaqalan xatirələr bəxş etdikləri üçün, dostlarının bu səmimiyyətinin onu bu aləmdən ayırıb, cənnət abı-havalı bir aləmə apardığı üçün,  “Xəyallarımın göz yaşı”adlı kitabının redaktoru, dəyərli şairə Nəcibə İlkinə və hər an sevgilərini hiss etdiyi səmimi dostlarına, ailəsinə, doğmalarına öz təşəkkürlərini bildirib…”

Müstəqil.Az saytı adından Xalidə Nuraya yaradıcılıq uğurları arzulayırıq.

Aysel Səfərli

 

La imagen puede contener: 3 personas, incluidos Aysel Fikrət y Aysel Xanlarqizi Safarli, personas sonriendo

 

 

La imagen puede contener: 5 personas, incluidos Refiqe Abbasova, Qemer Ana, Necibe Ilkin y Aləmzər Sadıqqızı, personas de pie

La imagen puede contener: 7 personas, incluidos Elvin Firudinoğlu, Merziye Sarvan Meri, Aysel Xanlarqizi Safarli, Gülnar Əhmədova y Niyaz Zeynaloğlu Şahbazov, personas sonriendo, personas de pie

Share: