Vüsal Baloğlanovun növbəti elmi məqaləsi

İdman turist marşurtlarının seçilməsi və hazırlanması metodikası.
Yaşadığımız əsrdə yaranmış gərgin sosial-siyasi, iqtisadi və texnoloji prosesslər planetimizin
görüntüsünü dəyişmişdir. Sənaye və mədəniyət cəhətdən cəmiyyət daha çox inkişaf etmişdir ki, bu da turizmin böyük gəlirlər gətirən, kütləvi hal almasına səbəb olur.

Əgər əvvəllər yalnız, bəzi ölkələrə səyahət edilirdisə, indi bütün qitələrə səfər edilir. Bununla bərabər turistlərin cəlb edilməsi uğrunda ölkələr arasında geniş rəqabət meydana gəlir. Bu mübarizədə qələbə çalmaq üçün beynəlxalq, daxili turizmlə yanaşı, eləcə də idman turizminin təşkili və idarə edilməsinin elmi əsaslarını öyrənmək labüddür.
Turizm-sadəcə əyləncə və dəb demək deyil. Bu, yalnız son 25-30 il ərzində sivil insanların dərk etdiyi həyati tələbatdır. Son bir neçə onillik ərzində həyat şəraiti ani olaraq dəyişmişdir: istehsal əsasən mexaniki hal almış, inkişaf etmiş ölkələrdə dolanışığın, alın təri ilə əldə olunmasına ehtiyac qalmamışdır. İnsanların sağlamlığının möhkəmləndirilməsi və mədəni istirahəti üçün asudə vaxt yaranmışdır.
Bununla birlikdə sivilizasiyanın kölgə tərəfləri, insanların azhərəkətliliyinin inkişafı, həddən artıq qidalanma, yaşayış və iş şəraitində psixoloji-emosional komponentlərin artımı da qeydolunmalıdır.
Sadalanmış dəlillər ürək-damar xəstəliklərinin çoxalması, maddələr mübadiləsinin pozulması və sairə neqativ təzahürlərlə özünü biruzə verir. Baş vermiş dəyişikliklər o qədər aydındır ki, insanlar baş verə biləcək faciələrin nəticələri ilə mübarizənin vacibliyini dərk edirlər.
Getdikcə insanlar daha çox dərk etməyə başlayırlar ki, həyatın başlıca amilləri yalnız yaxşı məişət tərzi və maddi təminatlılıq deyildir.
Belə ki, insanların çox hissəsi ümumi anlayışa uyğun şəkildə olduqca sadə yaşamalarına baxmayaraq, həmin insanların məişət azlığına qane olmaq, mədəni ehtiyaclarının zənginlikləri, asudə vaxtın daha maraqlı keçirmə bacarıqları yalnız onları qibtə obyektinə çevirir.
Əvvəllər tam şəkildə istirahət etalonu cənuba dənizə getməkdən ibarət idi, belə ki, yalnız günəş altında qaralma sağlamlığın rəmzi sayılırdı. Şübhəsiz ki, günəş, hava, su-sağlamlığın möhkəmlənməsində inkaredilməz yer tutur, o zaman ki, həmin amillərin birlikdə fiziki fəallıqla tamamlanmış olsun.
Cəmiyyət müxtəlif idman proqramlarına malikdir, lakin yalnız idman turizmi sağlamlığın- bütün lazımi komponentlərini özündə cəmləşdirir. Bu, təbiətlə təmasda olmaq, mühitin dəyişməsi, psixoloji boşalma və ən əsası fiziki fəallıqdır.
Turizmin xarakteri və başqa özəllikləri mövcuddur: təşkilatlanmada sadədir, bütün yaşlı insanlar üçün mümkündür, bununla belə, təbii və əlçatan idman növüdür. İdman turizmi, kollektivçilik, nizam-intizamlılıq, inam, dözümlülük və sairə başqa gözəl insani keyfiyyətləri inkişaf etdirir [2].
Azərbaycan dağlıq ölkədir. Məhz buna görə dağ-piyada turizminin inkişafı üçün istifadə olunmayan potensiala və nadir təbii müxtəlifliyə malikdir.
İdman yürüşünün müvəffəqiyyətlə və təhlükəsiz həyata keçirilməsi uzun-müddətli və ciddi hazırlıq tələb edir.
Qrupların komplektləşməsi. Turist qrupları qoyulmuş məqsədə çatmaq üçün bir-biri ilə sıx dostluq münasibətləri yaranmış kollektiv olmalıdır. Məqsədəuyğun olardı ki, turist qrupu üzvləri eyni yaşa və fiziki hazırlığa, oxşar biliklərə, vərdişlərə və maraqlara malik olsunlar. Qrupların və ya eyni məktəb və ali təhsil komplektləşməsinin eyni müəssisə və idarələrdə işləyənlərdən müəssisələrində təhsil alanlardan ibarət olması məsləhət görülür.
1-2-ci çətinlik dərəcəli marşrutlara hazırlaşan turist qruplarının tərkib sayı 4 nəfərdən, III çətinlik dərəcəli marşrutlara hazırlaşan qrupların iştirakçı sayı isə 6 nəfərdən az olmamalıdır. III və daha yüksək çətinlik dərəcəli marşrutlar üzrə səyahət edən turist qruplarının iştirakçılarının sayı 12
nəfərdən çox olmamalıdır.
Səyahət iştirakçılarına və rəhbərinə olan tələblər. Yürüş rəhbəri turist qrupu tərəfindən seçilir və təşkilatçılar tərəfindən təsdiq olunur. O, müvafiq qaydalara uyğun şəkildə qrupların hazırlığına və yürüşün keçirilməsinə cavabdehdir.
Rəhbər savadlı, fiziki hazırlıqlı bir insan olmalı, təşkilatçılıq xüsusiyyətlərinə və səyahət
rəhbərliyində təcrübəyə malik olmalıdır.
Dərəcəli yürüş rəhbəri heç olmasa, bir dərəcə aşağı səyahətlərdə rəhbər kimi və bir dərəcə yuxarı çətinlikli yürüşlərdə iştirakçı təcrübəsinə malik olmalıdır.
Yürüş rəhbəri iştirakçıların turist ixtisaslaşması, fiziki hazırlıqları üzrə seçim etməsini təmin etməlidir. İştirakçıların hərtərəfli hazırlığı üçün marşrutda hərəkət cədvəli işləyib hazırlamalı, çətin sahələri aşkar etməli, onları fəth etməyin üsullarını qeyd etməli, marşrutun ehtiyat variantını hazırlamalı, yürüş heyəti tərəfindən nizam-intizama riayət olunmasını izləməlidir.
Turist qruplarının müvəqqəti bölünməsi halı baş verərsə (kəşfiyyat üçün radial çıxışlar, iqliməuyğunlaşma və s.) rəhbər, hər bir altqrupda razılaşdırılmış hərəkətləri təmin edə biləcək müavinlərini təyin etməlidir.
Rəhbər, zərərçəkənə köməyin göstərilməsinə ehtiyac zamanı, təbii hadisə və başqa baş vermiş hallarla, turistlərin sağlamlıq və həyatı üçün yaranmış təhlükə ilə əlaqədar olaraq, səyahətin dayandırılması, marşrutun istiqamətinin dəyişdirilməsini və marşrutun təhlükəsiz keçməsini təmin edən qərarlar qəbul etməlidir.
Əgər qrupda hər hansı bir bədbəxt hadisə baş veribsə, rəhbər zədələnən və ya xəstələnən turistlərin yaxınlıqdakı tibb müəssisəsinə çatdırılması üzrə dərhal qərar verməli və baş vermiş hadisə ilə bağlı, yürüşü keçirən təşkilatçılara və yerli marşrut komissiyasına məlumat verməlidir. Əgər həmin rayonun ərazisində başqa bir turist qrupu qəza şəraitinə düşübsə, rəhbərin borcu, operativ köməketmə və öz qrupunun axtarış-xilasetmə işlərində iştirakını təmin etməkdir.
Rəhbərin, öz vəzifə səlahiyyətlərini, lazımi hazırlıq səviyyəsinə malik olan, qrupun başqa bir iştirakçısına verə bilər və eləcə də marşrutun keçilməsində mənəvi və texniki-idman göstəricilərinə görə lazımi qədər hazırlığa malik olmayan iştirakçını turist qrupunun ümumi iclasında, müzakirə etdikdən sonra kənarlaşdırmaq hüququ vardır.
Əgər, yürüş zamanı bu cür hal baş verərsə, turist dərhal yaxınlıqdakı yaşayış məntəqəsinə aparılaraq, öz yaşadığı ünvana yola salınır.
I dərəcə çətinliyə malik olan yürüş rəhbərinin ən az yaş həddi 18, II və 3-cü dərəcələrdə isə 20-dir.
İdman turist yürüşlərinin iştirakçıları- yürüşü keçirən təşkilat tərəfindən təsdiq olunur. Dərəcəli marşrutlar üzrə yürüşlərin keçirilməsi üçün turist qruplarının formalaşması zamanı hər bir iştirakçının turist təcrübəsi nəzərə alınır.
Səyahətə hazırlıq zamanı bütün turistlər müxtəlif məruzə və söhbətlərə qulaq asmalı və ya təbiəti mühafizə qanunları, meşələrdə yanğın təhlükəsizliyi qaydaları, həmçinin yanğının söndürülməsi üsulları, suda təhlükəsizlik qaydaları, zədələnmə xəbərdarlığı və ilkin köməyin göstərilməsi haqqında qaydalarla tanış olmalıdırlar.
Turizmin növündən asılı olmayaraq, dərəcəli yürüşlərin hər bir iştirakçısı üzməyi bacarmalı və
suda boğulanları xilasetmə üsullarını bilməlidir.
Marşrutda yürüş iştirakçıları, yerli əhaliyə qarşı münasibətdə özlərini təmkinli aparmalı, təbiəti, mədəni və tarixi abidələri qoruyaraq yanaşmalıdırlar. Zədələnən yoldaşlarına köməklik
göstərməlidirlər.
Vəzifələrin bölüşdürülməsi. Qrupda vəzifələrin bölüşdürülməsi, turistlərin təcrübəsindən, təcrübi vərdişlərdən, bu və ya başqa tapşırıqların yerinə yetirilməsində maraqdan asılı olaraq aparılır. Qrup rəhbəri. Səyahətin hazırlanması və keçirilməsinə rəhbərlik edir, başqa iştirakçıların fəaliyyətini təşkil edir, onların təhlükəsizliyini və marşrutun uğurla keçməsinə cavabdeh şəxsdir.
Rəhbər müavini. Adətən bu qrupda ikinci turist təcrübəsinə malik olan iştirakçıdır. O, bütün məsələlər üzrə rəhbərin əsas köməkçisidir, rəhbərin olmadığı təqdirdə (məsələn, yürüşə hazırlığın ayrı-ayrı mərhələlərində və ya marşrut zamanı qrupun müvəqqəti bölünməsi şəraitində) – qrup rəhbəridir.
Təsərrüfatçı. İştirakçılar arasında qida və təchizatın hazırlanması vəzifələrini, boxçalar üzrə təchizat və qidanı bölüşdürür, marşrut zamanı qeydiyyatını aparır, onların vəziyyəti və təminatı haqqında düşünür, gündəlik qida menyusunu tərtib edir.
Sanitar-təlimatçı. Səyahətdən qabaq, həkimdən öncə, ilk tibbi yardımın göstərilməsi üzrə xüsusi hazırlıq keçərək, yürüşün dərman ləvazimatını qoruyur və komplektləşdirir, turistlər tərəfindən sanitar-gigiyenik tələblərə riayət olunmasına nəzarət edir, lazım gələrsə ilk yardımı göstərir.
Gündəliyə cavabdeh. Yürüş hadisələrinin qeydiyyatını aparır, gedişli günlərin xronometrajini
tərtib edir.
Qrupun çoxsaylı tərkibi zamanı (10 nəfərdən yuxarı) iştirakçılar arasından əlavə olaraq, xəzinədar, fotoqraf, ləvazimatın təmiri üzrə cavabdeh və s. müavinlər seçilə bilər.
Bundan başqa, qrupda vəzifələr müvəqqəti; gündəlik, keçid və yürüş tədbirlərinə müvafiq təyin oluna bilər. Bu, mətbəx üzrə növbətçi, ocaqçı, marşrut zamanı istiqamətləndirici, marşrut kəşfiyyatçısı və s.
Əsas odur ki, vəzifələrin bölüşdürülməsi zamanı qrup iştirakçılarını xeyirli təşəbbüsdən məhrum etməmək, daha çox tapşırıqların verilməsi, qrup üzvlərinin şəxsi məsuliyyətini artırmalıdır.
Marşrutun öyrənilməsi və işlənib hazırlanması. Hər bir qrup yürüşə hazırlaşarkən öz məqsəd və məramlarını dolğun bilməlidir. Bu, cüzi fiziki yüklənmə ilə keçən istirahət, «>> yerlərin axtarışı, fərqli yerlərin baxışı, idman marşrutunun keçilməsi və s. ola bilər. İştirakçıların məqsədi, fiziki və texniki hazırlığı, həmçinin müaliyyə və qrupun başqa imkanları müəyyənləşdirildikdən sonra, turistlər marşrutun işlənilməsi və ərazinin öyrənilməsinə başlayırlar.
Ərazinin öyrənilməsi, ədəbiyyatla, xəritə materialları ilə tanışlıq, səyahət zonasında olan insanlarla təmasda olmaqdan ibarətdir. Turist hesabatlarından istifadə, relyef, hidroqrafiya, iqlim, bitki örtüyü, heyvanat aləmi, tarix, iqtisadiyyat və əhalinin məişəti haqqında çıxarış etmək daha xeyirlidir.
Marşrut haqqında qiymətli məlumatlar turklublar və diyarşünaslar tərəfindən verilə bilər.
Yürüşə hazırlıq prosesində xəritə ilə iş xüsusi önəm daşıyır. Şərti işarələnmənin şifrələrinin oxunması yolu və məsafənin diqqətlə ölçülməsinin köməkliyi ilə turistlər ərazinin keçilməsi şəraiti ilə yaxından tanış olurlar.
Yeni başlayan turistlər üçün ədəbiyyat və xəritənin köməkliyi ilə məsafə göstərilərək, yolun aydın şəkildə təsvir olunması; marşrutun keçdiyi ərazinin xüsusiyyətləri; yolların xarakteri; müxtəlif nöqtələrdən, uzaq və yaxın məsafələrdən görünə biləcək orientirlərin təsvir edilməsini və s. öyrənmək məqsədəuyğundur. Bu cür təsviretmə xəritə ilə müqayisə edilərək, inamlı şəkildə
irəliləməyə imkan verir.
Marşrutun tərtib olunması. Marşrutun düzümü konkret ərazinin şəraitindən və səyahətin xüsusiyyətindən asılıdır. O xətti, uzaq ekskursiyalı və ya əsas yoldan kənara sapmaqla kəşfiyyat çıxışlı xətti, radial, başlanğıc nöqtəsinə qayıdan dairəvi ola bilər.
Marşrutu planlaşdırarkən, təbii maneələr çətinliyinin artan istiqamətdə tədricən çoxalması
nəzərə alınmalıdır.
Texniki mənada, ən çətin sahələrin, daha maraqlı abidələrin, görüntü məntəqələrinin və s. obyektlərin ziyarətinin bu hissəyə daxil edilməsi daha yaxşı olardı.
Minimal yüklənməli dairəvi yürüşlər üçün özəl düşərgələrin yaradılması yaxşı olardı. Əsas marşrutdan başqa iştirakçıların xəstələnməsi, hava şəraitinin pisləşməsini, çay daşqınları, qar uçqunu təhlükəsinin yüksəlməsi şəraiti üçün əlavə, daha yüngül olan marşrutun ehtiyat
variantının olması vacibdir.
Marşrut təhlükəsiz və məntiqli olmalıdır. Bu və ya digər maneələrin süni şəkildə yaradılması, yolun həddən artıq fırlanması turistləri qane edə bilər, lakin zədələnməyə səbəb olar.
Təqvim planının tərtibi. Təqvim planı hərəkət cədvəli və gündəlik keçidlərin hesabı, yolun çətinliyindən, qrup iştirakçılarının fiziki və texniki hazırlığının səviyyəsindən, çantaların çəkisindən, həmçinin ziyarəti üçün dayanmağa ehtiyac duyulan bu və ya digər ekskursiya obyektlərindən asılıdır.
Turistlər gün ərzində təxminən 15-25 km məsafə qət edirlər. Əgər çanta ağırdırsa, (əsasən də yürüşün ilk günlərində) və ya marşrut təbii maneələrlə olan kəsişən ərazidən keçirsə, həmçinin, qrupda zəif hazırlıqlı yeni turistlər varsa, gündəlik keçid normasını 12-18 km-ə qədər azaltmaq lazımdır.
Yüklənmə əhvalı tədricən artmalıdır. Belə ki, 1-2-ci çətinlik dərəcəli yürüşlərdə gediş məsafəsi, gün üzrə 15, 20, 22 km., bir gün istirahətdən sonra isə 22, 25,28 km. ola bilər.
Yürüşün hərəkət cədvəlinin mürəkkəbliyini nəzərə alsaq, marşrutun ikinci və üçüncü günləri daha çətin olur. Buna görə də, ilk 3 gün ərzində məsafəni artırmamaq, istirahət gününü isə səyahətin dördüncü günü təşkil etmək məsləhətdir.
Dağ yürüşündə qalxma üçün lazımi vaxt qrupun üfüqi (orta sürət 3-4,5 km/saat) və şaquli (0,3-0,4 km/saat) istiqamət üzrə məsəfəni qət etmək üçün şərti olaraq müəyyən olunur.
Çətin olmayan yolda gediş sürəti 4-6 km/saat olaraq hesablanır. Keçidlərin tərtib olunması zamanı, hava şəraitinin pisləşməsi, çayda su səviyyəsinin qəflətən artımı və bərə keçidlərin çətinliyi, qar və ya daş uçqunu təhlükəsinin artması və s. nəzərə alınmalıdır.

Ədəbiyyat

  1. Bağırov V.M. Dağ- piyada səyahətləri gid-bələdçilərinin hazırlanması., Bakı., 2007. 2. Salmanova N.B., Məmmədov Y.B., Tağıyev F. R. İdman turizminin nəzəriyyəsi və metodikası. Bakı., 2015. 2982
  2. Salmanova N.B., Məmmədov Y.B., Tağıyev F. R. İdman turizmi, Bakı., 2014.
Share: