Venesuelada mədənin çökməsi nəticəsində 30 nəfər ölüb

Venesuelada Bulla Loca mədəninin çökməsi nəticəsində azı 30 nəfər həlak olub, daha yüz nəfər dağıntılar altında qalıb.

-nın məlumatına görə, bu barədə “France24” televiziyası Anqostura şəhərinin meri Yorgi Arçinieqaya istinadən məlumat yayıb.

***

21.21

Venesuelanın cənubunda qeyri-qanuni mədənin çökməsi nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

xəbər verir ki, bu barədə “France-Presse” (AFP) məlumat yayıb.

Bolivar əyalətinin mülki təhlükəsizlik naziri bildirib ki, hadisə nəticəsindəiki nəfər həlak olub, iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Rəsmi həmçinin “vəziyyətin real qiymətləndirilməsi” üçün xilasetmə qruplarının hadisə yerinə göndərildiyini açıqlayıb. Hadisə vaxtı mədəndə 200-ə yaxın adam olub.

Öz növbəsində, CNN Espanol telekanalı xəbər verir ki, şaxtanın çökməsi nəticəsində 30 nəfər həlak olub, daha 100 nəfər dağıntılar altındadır.

Share: